

Akselerasiya proqramı
5 aylıq proqram artıq öz minimal mümkün məhsulu (MVP) olan startaplara fondlaşdırma, mentorluq və kouçinq dəstəyi göstərməklə inkişaf etdirib investisiyaya hazır vəziyyətə gətirir.

Proqram qrafiki
-
Startapların əsasları
4 həftəEkspertlərimizlə çalışaraq sahibkarlıq düşüncəsini inkişaf etdirilməsi, ideyalar formalaşdırması və dizayn düşüncəsinin inkişaf etdirilməsi.
-
Strateji yol və maliyyə proqnozu
3 həftəStrategiya xəritəsi qurulması, maliyyə proqnozunun hazır edilməsi və startapların potensial investor görüşlərinə məqsədli şəkildə hazırlığı.
-
Təqdimat məşqləri
4 həftəKomandaların təqdimat bacarıqlarının məşq etdirilməsi, xarici eskpertərlə konsultasiya imkanı yaratmaqla onların Vençur günününə tam hazır edilməsi.
-
Prototip / MVP hazırlamaq
2 həftəStartaplar üçün MVP-nin tənzimlənilməsi, onların test mərhələsinə hazır edilməsi və ekspertlərin dəstəyi ilə biznes modelinin inkişaf etdirilməsi.
-
Satış və marketinq dəstəyi
3 həftəMarketinq strategiyasının hazırlanılması, netvörkinq imkanlarımız sayəsində həm satış, həm də investor kanallarına çıxışın təmin olunması və gələcək investisiya üçün fürsətlərin yaradılması.
Qəbul prosesi
-
Onlayn qeydiyyat
Addım 01Namizədlər qeydiyyat formunu doldurarkən təlimatdakı göstərişlərə diqqət edilməlidir, bütün lazımi fayllar yerləşdirilməlidir.
-
Müraciətlərə baxış
Addım 02Son müraciət tarixindən əvvəl təqdim edilmiş bütün müraciətlər nəzərdən keçirilir. Uyğun müraciətçilər seçilərək intervyu mərhələsinə dəvət alır.
-
Komandamız ilə intervyu
Addım 03Bu mərhələdə startap komandaları ideya, biznes modeli və təqdimat bacarıqlarına əsasən qiymətləndirilir.
-
Proqram tərəfdaşları ilə intervyu
Addım 04Seçilmiş komandalar öz startaplarını proqram tərəfdaşlarımıza və idarə heyətimizə təqdim edir. 10-15 arası komanda proqrama qəbul edilir.
Dəstək funksiyaları
-
Startap tədris proqramı
Tərəfdaşlarla birgə həyata keçirəcəyimiz praktiki sessiya və görüşlərin yer aldığı tədris proqramı.
-
Mentorluq
Proqram hər komandaya onlara yol göstərəcək yerli və xarici mentorlar təyin olunur.
-
Maliyyə dəstəyi
Proqramın sonunda ən çox müvəffəqiyyət göstərmiş startaplar SABAH tərəfindən minimum 100.000 dollar dəyərində investisiya alacaqlar.
-
24/7 açıq ofis
Rezident komanda üzvlərimizə ofisimizdə davamlı istifadə edə biləcəkləri xüsusi çalışma zonası ayrılmışdır.
-
Ekspert və investor şəbəkəsi
Komandalarımız ekspert hovuzuna çıxış əldə edərək ekosistemin qabaqcıl ekspertləri ilə konsultasiya və investorlarla görüş imkanı qazanacaqlar.
-
Daxildən dəstək
Ödənişsiz IT, marketinq, UI/UX, maliyyə və mühasibat, hüquq xidməti.
-
Davamlı kouçinq
SABAH.HUB proqram komandası tərəfindən proqresin daimi izlənilməsi.
-
Satış kanalları
Bizim partnyor şəbəkəmizdən istifadə etməklə potensial müştəri və satış kanallarına çıxış.
-
Dövlət təşkilatlarına çıxış
Dövlət təşkilatlarına çıxışın əlçatan olması və rəsmiləşmə prosedurlarının çevikliyinə dəstək.
-
Talant şəbəkəsi
Müxtəlif sənayelərdə təcrübəsi olan istedadlı şəxslərdən ibarət talant şəbəkəsinə çıxış.
Təkcə startap ideyan var?
Elə isə indi İnkubasiya proqramımıza qoşulmaqla təklif etdiyimiz üstünlüklərdən yararlanmağa tələs.
