İstifadəçilər tərəfindən ən çox soruşulan sualları toplamışıq
Tez-tez verilən suallar
-
Proqramlara necə müraciət edə bilərəm?
Bunun üçün mütəmadi olaraq bizim rəsmi veb saytı və ya sosial şəbəkə hesablarını izləyə bilərsiniz. İl ərzində bir neçə dəfə qəbul ilə bağlı elan paylaşılır.
-
SABAH.HUB-un vəd etdiyi investisiyanı necə əldə edə bilərəm?
Bunun üçün SABAH.lab akselerasiya proqramına qəbul olmaq lazımdır. Qəbul il ərzində bir neçə dəfə həyata keçilir və innovativ yönümlü hazır məhsulu olan komandalar qəbul edilir.
-
Akselerasiya və İnkubasiya proqramı arasında fərq nədir?
Akselerasiya proqramına hazır MVP məhsulu olan startuplar, İnkubasiya proqramına isə ideya mərhələsində qəbul aparılır.